ELAN EDİLDİ: 4 noyabr saat 19:00-da Rustavelidə mitinq keçiriləcək
Müxalifət 4 noyabr saat 19:00-da Rustaveli prospektində mitinq keçirəcəyini elan edib. Bu barədə “Güclü Gürcüstan” siyasi birliyinin liderlərindən biri Ana Dolidze mətbuat konfransında məlumat verib.
Mitinqdə müxalifətin fəaliyyət planı da açıqlanacaq. “Güclü Gürcüstan” ofisində keçirilən görüşdə “Birlik – Milli Hərəkat”, “Dəyişikliklər üçün Koalisiyası” və “Güclü Gürcüstan” liderləri iştirak ediblər.
“Sizin qarşınızda 26 oktyabr seçkilərində xalqın etimadını və mandatını qazanmış üç müxalif birlik dayanır ki, bu ölkəni Avropa İttifaqına qəbul etsin. Biz qalib xalqın nümayəndələriyik. Saxtalaşdırılmış seçkilərdən sonra biz aktiv işləmişik, həm burada, həm də region ofislərimizdə, ciddi sistemli və dəqiq sübutlar toplamaq üçün ki, bu beynəlxalq istintaq üçün zəruridir.
Bu müddətdə bir neçə iş sahəsi yaratdıq və bütün bunlar burada qərargahda həyata keçiriləcək, əsas məqsəd saxtakarlığa qarşı durmaqdır. Bu məqsədlə biz daim sizinlə, Gürcüstan seçicisi ilə əlaqə saxlayacağıq. Heç kim inanmır ki, bir neçə fırıldaqçı bizim seçkilərimizi oğurlaya bilsin. Bu cinayət sxemində iştirak etməyə davam edən hər kəs mütləq cəzalandırılacaq. Əsas məqsədimiz bu seçkilərin qanunsuzluğunu tanımağa nail olmaqdır. Əsas odur ki, biz bazar ertəsi axşam saat 19:00-da Rustavelidə bir araya gələcəyik və orada fəaliyyət planımızı, necə fəaliyyət göstərəcəyimizi sizə elan edəcəyik,” – deyə “Güclü Gürcüstan”ın liderlərindən biri Ana Dolidze bildirib.
Bizi WhatsApp – da izləyin.