14 yaşlı Gürcüstanlı pilot ilk uçuşunu həyata keçirib – FOTO
Tazo Kabulashvili 9-cu sinif şagirdidir və aviasiyaya xüsusi marağı ilə seçilir. Bir neçə gün əvvəl Tazo Telavi hava limanında ilk uçuşunu həyata keçirib.
O, yerli KİV-ə verdiyi müsahibədə deyib ki, təyyarələrə və uçuşlara olan sevgisi gündən-günə daha da güclənir.
Tazo Tamar Mepe adına Gimnaziyanın şagirdidir və gələcəkdə hansı peşəni seçəcəyini artıq dəqiq bilir.
“Bu uçuşdan əlavə, mən Kutaisi Beynəlxalq Hava Limanına (Hava Limanları Birliyi tərəfindən) dəvət aldım, həmçinin Tbilisi Hava Limanında nəhəng təyyarələri – “Geosky” aviaşirkətinə məxsus Boeing 747 və Boeing 737 təyyarələrini gördüm. Mənim üçün pilotluq yalnız hobbi və ya maraq deyil, artıq böyük məqsədimdir. Aviasiya Universitetinə qəbul olmaq istəyirəm. Başlanğıcdan ətrafımdakı hər kəs mənim məqsədimi bilirdi və hər kəs mənə dəstək olmaq istəyirdi. Onlardan biri qohumum Mişo Bubuteişvili oldu, o, arzumun reallaşmasına kömək etdi və məni Telavidə Tecnam P2008JC ilə uçuş həyata keçirdiyim Gürcüstan Aviasiya Universitetinin aerodromuna apardı.”
Bizi WhatsApp – da izləyin.