TİKA-nın Gürcüstan nümayəndəsi Bolnisidə görüş keçirib
“Türk Əməkdaşılıq və Koordinasiya Agentliyi”nin (TİKA) Tbilisi nümayəndəliyinə təyin edilmiş yeni rəhbəri Zeynəb xanım Bayraq Bolnisi rayonuna səfəri çərçivəsində “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin qonağı olub.
“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin (QHİM) icraçı direktoru Rezo Həsənov qonağa mərkəzdə keçirilən ödənişsiz dil kursları, hüquq xidmətləri və digər fəaliyyətlər haqqında geniş məlumat verərək bildirib ki, 2021-ci ildən etibarən Azərbaycan dövlətinin dəstəyi ilə mərkəz fəaliyyətini uğurla davam etdirir.
Qonaq isə öz növbəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyini alqışlayıb və gələcəkdə QHİM və TİKA arasında mümkün əməkdaşlıq haqqında söhbət açıb.
Görüşün sonunda “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin rəhbərliyi Zeynəb xanıma yeni vəzifəsində və işlərində müvəffəqiyyətlər arzulayıb Bolnisiyə səfər etdiyini üçün təşəkkür edib.