Sosial yardım alan vətəndaşların sayına görə Kvemo-Kartli bölgəsi ikinci sıradadır – STATİSTİKA
Gürcüstanda sosial yardım alanların sayı artıb. Sosial Xidmətlər Agentliyinin statistik məlumatına görə, 2024-cü ilin sentyabr ayında Gürcüstanda sosial yardım alanların sayı 682 738 nəfər təşkil edib. Bunlardan da 228 783 nəfəri dövlət tərəfindən işlə təmin edilmiş şəxslərdir. Onlar dövlət məşğulluq proqramında iştirak edərək, 4 il müddətinə sosial yardım almaqda davam edirlər.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 7,4% artıb. 2023-cü ilin sentyabr ayında sosial yardım 635 769 nəfər alıb (bunlardan 200 191 nəfər məşğulluq proqramına cəlb olunmuş şəxslər olub).
Ötən aya gəldikdə isə, 2024-cü ilin avqust ayı üzrə ölkədə maddi yardım alanların sayı 680 833 nəfər təşkil edib.
2024-cü ilin sentyabr ayında, sosial yardım alanlar arasında 266 957 nəfər yetkinlik yaşına çatmamış şəxslər olub. (66 381-i 6 yaşına qədər, 200 576-sı isə 6-18 yaş arası şəxslər).
Ən çox sosial yardım alan bölgələr içərisində Kvemo-Kartli yalnız Tbilisidən geridə qalır:
- Tbilisi – 146,639;
- Kvemo Kartli – 102,392;
- İmereti – 82,837
Bizi WhatsApp – da izləyin.