DİQQƏT! Qumar oynayanlar üçün yeni qayda…

Qumar oynayanlar üçün yeni qayda qəbul edilə bilər.

Belə ki, aylıq gəliri 4100 laridən az olan şəxslər üçün qumar oyunları qadağan oluna bilər.

Bu barədə “Analar qumara qarşı” qeyri-hökumət təşkilatı təşəbbüs irəli sürüb.

Təşkilatın prezidenti Tamar Djaparidzenin verdiyi məlumata görə, illik gəliri 50 000 laridən çox olmayan (buna görə də orta aylıq gəliri 4 100 laridən az) insanların qumar oyunları ilə məşğul olmaq hüququ olmamalıdır. Bunun üçün də müvafiq qanun layihəsi hazırlanır.

Onun sözlərinə görə, ölkədə hazırkı siyasi proseslər sakitləşdikdən sonra təşəbbüs qanun layihəsi şəklini alacaq və parlamentə təqdim olunacaq.

“Biz yəqin ki, qanunvericilik səviyyəsində bir çox maddələrin dəyişdirilməsi məsələsinə baxacağıq. Məqsədimiz ondan ibarətdir ki, illik gəliri 50.000 laridən az olan şəxslərin qumarla məşğul olmasına imkan verməsinlər. Risklər yaxşı təhlil edilməli və ümumiləşdirilməlidir.

Düşünürəm ki, bu insanları xilas etmək üçün hər cür yol tapılmalıdır. Əks halda, dövriyyə 64 milyard laridir”, – Tamar Djaparidze deyib.

Bizi WhatsApp – da izləyin.