Minlərlə molla həbs edildi… – SƏBƏB

Tacikistanda təhlükəsizlik qüvvələri fala baxmaq və sehrbazlıqla məşğul olan min nəfərdən çox adamı, eləcə də dini təhsili olmayan 5 min mollanı saxlayıb. Bu barədə respublika prezidenti İmaməli Rəhman Düşənbədə yüksək ixtisaslı hərbi kadrların hazırlanması üçün dövlət institutunun açılışında bildirib.

“Dövlət başçısının tapşırığı və daxili işlər orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkədə 1,5 min nəfər sehrbazlıq və fala baxmaqla məşğul olduqları üçün saxlanılıb, eləcə də 5 mindən çox təhsili olmayan molla saxlanılıb. Onlar fanatizmə görə daxili işlər orqanlarında qeydiyyata alınıblar,” – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Tacikistanda falçılıq rəsmi olaraq qadağan edilib.

Bizi WhatsApp – da izləyin.