Azərbaycan və Türkiyə vətəndaşları da olmaqla 60 nəfər Gürcüstandan çıxarılıb – VİDEO

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanun əsasında, ötən ay müxtəlif ölkələrin 60 vətəndaşını Gürcüstandan çıxarıb. Əcnəbi ölkə vətəndaşlarının bir qismi Gürcüstanı könüllü tərk edib, digərləri isə Miqrasiya Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məcburi qaydada ölkədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qanuna əsasən ölkədən – Türkiyə, Azərbaycan, İran, Rusiya, Hindistan, Türkmənistan, Banqladeş, Livan, İraq, Nigeriya, İordaniya, Əlcəzair, Misir və Qana vətəndaşları olmaqla cəmi 60 nəfər çıxarılıb.

Çıxarılanlar arasında həmçinin Gürcüstan ərazisində müxtəlif ictimai maraqlara əks fəaliyyətlərlə məşğul olan şəxslər də olub.

Bizi WhatsApp – da izləyin.