Sinoptiklərdən açıqlama: Havanın temperaturu -13 dərəcə…

Milli Ətraf Mühit Agentliyinin qısamüddətli proqnozlar şöbəsinin müdiri Dodo Qvazava qarşıdakı günlər üçün gözlənilən hava şəraiti barədə mətbuata açıqlama verib.

Məlumata görə, Gürcüstanda bu həftə əsasən yağıntısız hava gözlənilir. 8 noyabrdan etibarən Gürcüstanın qərbində temperatur yüksələcək və hava açılacaq, lakin gecələr temperatur aşağı düşəcək və minimal temperatur 3-5 dərəcə arasında olacaq. Dağlıq rayonlarda isə şaxta gözlənilir. Havanın temperaturu gecə -8 ilə -13 dərəcə arasında, gündüz isə +18 +20 dərəcəyə çatacaq.

Şərqi Gürcüstana gəlincə, gecə havanın temperaturu  -6 -7 dərəcə olacaq, gündüz isə temperatur 15 dərəcəyədək yüksələcək. 11-12 noyabra qədər yağıntısız hava şəraiti davam edəcək,” – deyə Dodo Qvazava bildirmişdir.

Bizi WhatsApp – da izləyin.