Ötən gün qətl hadisəsi törədən şəxs təslim olub
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları isti izlərlə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 1986-cı il təvəllüdlü L.K.-nı qəsdən adam öldürmə ittihamı ilə, 1990-cı il təvəllüdlü Z.Ş.-ni isə xüsusilə ağır cinayət barədə xəbər vermədiyinə görə saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cinayətə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaqla müəyyən edilib ki, cari ilin 31 yanvar tarixində, mübahisə zəminində, təqsirləndirilən şəxs Tbilisidə 1977-ci il təvəllüdlü T.T.-yə odlu silahdan bir neçə güllə yarası yetirib. Aldığı xəsarətlər nəticəsində T.T. hadisədən bir neçə dəqiqə sonra öz avtomobilində dünyasını dəyişib.
Hadisədən bir neçə saat sonra L.K. polisə gələrək cinayəti törətdiyi silahı təqdim edib. Müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra o, təqsirləndirilən şəxs qismində saxlanılıb.
İstintaqla həmçinin müəyyən edilib ki, qətl hadisəsinin şahidi Z.Ş. polisə baş vermiş cinayət barədə məlumat verməyib.
Qəsdən adam öldürmə və odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci və 236-cı maddələri ilə aparılır.
Bizi WhatsApp – da izləyin.