Çox sayda silah sursat aşkarlandı: 21 nəfər saxlanılıb – VİDEO

Son dövrlərdə keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisi, Kaxeti, Acara, Sameqrelo, Kvemo Kartli, Şida Kartli, İmereti və Raça-Leçxumi bölgələrində qanunsuz odlu silah və döyüş sursatları aşkar ediblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə ümumilikdə 21 nəfər saxlanılıb.

Saxlanılan şəxsləri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 273-cü prima maddələri üzrə aparılır.

Bizi WhatsApp – da izləyin.