Tbilisi və bölgələrdə silah-sursat aşkarlanıb, 7 nəfər saxlanılıb – VİDEO

Daxili İşlər Nazirliyinin Tbilisi, Şida Kartli, Sameqrelo – Zemo Svaneti və İmereti polis departamentlərinin əməkdaşları son dövrdə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində qanunsuz odlu silahlar və döyüş sursatları aşkar edərək müsadirə ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə 7 nəfər saxlanılıb.

Odlu silahların və döyüş sursatlarının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması faktlarına görə saxlanılan şəxslər bunlardır:

1963-cü il təvəllüdlü Z.Z., 1973-cü il təvəllüdlü Z.Ç., 1982-ci il təvəllüdlü R.K., 1988-ci il təvəllüdlü R.Ş., 1967-ci il təvəllüdlü M.T., və əvvəllər məhkum olunmuş şəxslər – 1972-ci il təvəllüdlü F.B. və 1972-ci il təvəllüdlü N.Ç.

Hüquq-mühafizə orqanları saxlanılan şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində apardıqları axtarışlar nəticəsində maddi sübut kimi müxtəlif növ odlu silahlar, döyüş sursatları – tapançalar, revolverlər, ov tüfəngi, daraqlar, patronlar, eləcə də narkotik vasitələr aşkarlayıb və götürüblər.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 2-ci, 3-cü və 4-cü hissələri, 260-cı maddənin 3-cü və 265-ci maddənin 2-ci hissələri ilə aparılır.

Bizi WhatsApp – da izləyin.