Vahid Milli İmtahanlarda 36 məhkum iştirak edir – FOTO
Bu il Vahid Milli İmtahanlarda 36 məhkum iştirak edir.
Bu barədə Xüsusi Penitensiar Xidmət məlumat yayıb.
Bildirilib ki, məhkumların ali təhsilə çıxışının təmin edilməsi prioritet istiqamətdir. Penitensiar sistemdə ali təhsilin davam etdirilməsi üçün bütün zəruri şərait yaradılıb – məhkumlar tədris materiallarına və müvafiq texnoloji vasitələrə tam çıxışla təmin olunublar.
Sistemdə uğurla fəaliyyət göstərən “Rəqəmsal Universitet” layihəsi məhkum tələbələrə onlayn tədris prosesində iştirak etmək və tamhüquqlu ali təhsil almaq imkanı yaradır.
Xüsusi Penitensiar Xidmət gələcəkdə də məhkumların təhsili və inkişafı istiqamətində işini davam etdirəcək.
Bizi WhatsApp – da izləyin.