Pensiyaların verilməsi bu halda dayandırılacaq – AÇIQLAMA

Səhiyyə Nazirliyinin məlumatına görə, Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlərin, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirinin əmrinə edilən dəyişikliklərlə pensiyaların verilməsi prosesi sadələşdirilib. Belə ki, pensiyaçıya müəyyən şəxsiyyət identifikasiya məlumatlarında uyğunsuzluq olduqda pensiya artıq dayandırılmayacaq.

Yayılan məlumata əsasən, əvvəlki təcrübəyə görə, şəxsiyyət vəsiqəsindəki və Dövlət Xidmətləri İnkişafı Agentliyinin bazasındakı məlumatlar arasında hər hansı uyğunsuzluq aşkarlandıqda, vətəndaş yeni sənəd təqdim edənədək pensiyanın verilməsi dayandırılırdı.

“Dəyişiklikdən sonra pensiya yalnız o halda dayandırılacaq ki, şəxsin fərdi nömrəsi, doğum ili və ayı uyğun gəlməsin. Digər hallarda isə Sosial Xidmətlər Agentliyi Dövlət Xidmətləri İnkişafı Agentliyinin məlumatlarına əsaslanacaq və pensiyaçılar onlara məxsus pensiyanı gecikmə və artıq bürokratiya olmadan alacaqlar.

Bu qərarın nəticəsində hər ay təxminən 1000 pensiyaçı əlavə prosedurlardan keçmədən pensiyasını ala biləcək. Onlara artıq agentliyin xidmət mərkəzinə və ya “Liberty Bank”a pensiyanın bərpası üçün müraciət etməyə ehtiyac qalmayacaq”, – məlumatda bildirilir.

Bizi WhatsApp – da izləyin.