TBİLİSİDƏ DƏHŞƏT: 4 azyaşlı qız içki oğurlamaq istədi, mağaza əməkdaşı xəstəxanalıq oldu
Vaja-Pşavela prospektində yerləşən supermarketlərdən birində yetkinlik yaşına çatmamış 4 qız kassirə və mağaza əməkdaşına fiziki zorakılıq tətbiq ediblər. Bu barədə hadisə şahidləri sosial şəbəkədə məlumat yayıblar.
Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi üzrə (zorakılıq) istintaq başladılıb.
Məlumata əsasən, bir neçə yetkinlik yaşına çatmayan şəxs spirtli içki oğurlamağa cəhd edib. Mağaza əməkdaşları bunu qarşısını almağa çalışıblar. Məhz bundan sonra yetkinlik yaşına çatmayanlar onlara fiziki hücum ediblər. Hadisədən sonra mağazanın bir əməkdaşı xəstəxanaya yerləşdirilib.
Bizi WhatsApp – da izləyin.