Qardabanidə həyat yoldaşını şəxsi görüntülərini yaymaqla hədələyən şəxs saxlanılıb – VİDEO
Qardabani Rayon Polis İdarəsinin əməkdaşları (Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamenti) ailədə zorakılıq ittihamı ilə 1975-ci il təvəllüdlü R.B.-ni saxlayıblar.
Cinayətə görə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaqla müəyyən edilib ki, R.B. ailə mübahisəsi zamanı həyat yoldaşına – 1990-cı il təvəllüdlü S.K.-ya fiziki xəsarət yetirib və şəxsi həyatına dair kadrların yayılması ilə hədələyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları R.B.-ni isti izlərlə saxlayıblar.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 126¹-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə aparılır.
Bizi WhatsApp – da izləyin.