Marneulidə ağır yol qəzası: Bir nəfər yerindəcə dünyasını dəyişib

Marneuli–Bolnisi avtomobil yolunun Qızılhacılı hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yerli mətbutın yaydığı məlumata görə, qəza zamanı Qızılhacılı kənd sakini, təqribən 50 yaşlı bir qadın həyatını itirib.

Bildirilir ki, qəzanı törədən şəxs Kolayır kənd sakini olub. O, hərəkətdə olduğu zaman Prius markalı avtomobillə qadını vurub.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma başladılıb.

İlkin məlumatlara görə qəzaya yüksək sürətin səbəb olduğu bildirilir.

Bizi WhatsApp – da izləyin.