İlia Calağaniya regionun bələdiyyə merləri ilə ilin yekunlarına həsr olunmuş görüş keçirib – FOTO

Kevmo Kartli bölgəsi üzrə dövlət nümayəndəsi İlia Calağaniya regionun bələdiyyə merləri ilə ilin yekunlarına həsr olunmuş görüş keçirib.

İşçi görüşdə tərəflər 2025-ci ildə həyata keçirilmiş mühüm infrastruktur, sosial və təhsil layihələrindən danışılıb. Regionun inkişafına və əhalinin ehtiyaclarına uyğun mühitin formalaşdırılmasına töhfə verən konkret nəticələrə xüsusi diqqət yetirilib.

Görüş çərçivəsində dövlət nümayəndəsi və merlər qarşıdakı 2026-cı il üçün fəaliyyət planlarını və prioritet istiqamətləri müzakirə ediblər. Həmçinin bələdiyyələrin 10 illik inkişaf planında nəzərdə tutulan strateji hədəflərdən bəhs olunub ki, bu da regionun uzunmüddətli irəliləyişinin və sabit inkişafının əsasını təşkil edir.

İlia Calağaniya hər bir merə gördüyü işlərə görə təşəkkür edib və vurğulayıb ki, regionda icra olunan və planlaşdırılan bütün layihələr bələdiyyələrlə sıx və səmərəli əməkdaşlığın nəticəsidir.

Dövlət nümayəndəsi bələdiyyə merlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib və gələn ildə fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə həmçinin Kevmo Kartlidə dövlət nümayəndəsinin müavinləri Nika Kobaxidze, Avtandil Çrikişvili və regional administrasiyanın əməkdaşları iştirak ediblər.