Marneulidə küçələrin təmizlənməsi işləri fəal şəkildə davam edir – FOTO

Marneulidə genişmiqyaslı küçələrin təmizlənməsi işləri fəal şəkildə davam edir.

Marneuli Meri Daur İsmayılovun təşəbbüsü ilə başlanılan təmizlik işlərində məqsəd şəhərin ümumi görünüşünü yaxşılaşdırmaq, yüksək təmizlik standartlarını formalaşdırmaq, eləcə də vətəndaşlar üçün daha səliqəli mühit yaratmaqdan ibarətdir.

Bu barədə Marneuli Meriyası məlumat yayıb.

Təmizlik işlərinə daxili küçələrin təmizlənməsi, yığılmış tullantıların daşınması və ərazilərin səliqəyə salınması daxildir. Proses mərhələli şəkildə həyata keçirilir və planlaşdırılmış cədvələ uyğun olaraq bələdiyyənin müxtəlif ərazilərini əhatə edir.

Marneuli Munisipalitetinin meri – Daur İsmayılov, Gürcüstan Parlamentinin üzvü Zaur Darğallı və Marneuli Bələdiyyəsinin sədri Amiran Qiorqadze görülən işlərin gedişatı ilə yerində tanış olublar.

Munisipalitet rəhbərləri, təmizlik xidməti əməkdaşları ilə görüşərək onlara təşəkkürlərini bildiriblər və qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik ediblər.

Bizi WhatsApp – da izləyin.