Yaponiyada dəhşət: 67 avtomobil toqquşub, 20-si tamamilə yanıb

Yaponiyada avtomagistralda baş verən irimiqyaslı yol qəzası insan tələfatı ilə nəticələnib — iki nəfər ölüb, 26 nəfər isə xəsarət alıb. Məlumatı Associated Press yayıb.

Buz bağlamış yolda hərəkət edən iki yük maşını sürüşərək toqquşub və bu, sıx hərəkət olan magistralda zəncirvari qəza yaradıb.

Nəticədə ümumilikdə 67 avtomobil bir-biri ilə toqquşub, qəza zamanı 20 maşın alışaraq tamamilə yanıb. Hadisə səbəbilə magistral müvəqqəti olaraq bağlanıb.

Bizi WhatsApp – da izləyin.