Marneulidə bədbəxt hadisə: İki uşaq anası dünyasını dəyişdi
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Məlumata görə, hadisə bu gün 10 yanvar tarixində baş verib.
Bildirilib ki, təxminən 38 yaşlı qadın yaşadığı evin hamam otağında dəm qazının sızması nəticəsində zəhərlənərək dünyasını dəyişib. Onun iki uşaq anası olduğu bildirilir.
Allah rəhmət eləsin!
Bizi WhatsApp – da izləyin.