“Xarici təsirin şəffaflığı haqqında” qanunda nəzərdə tutulmuş…

“Xarici təsirin şəffaflığı haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərə əsasən, bundan sonra qanunla müəyyən edilmiş səlahiyyətləri Dövlət Audit Xidməti həyata keçirəcək.

Dəyişiklikləri “Gürcü Arzusu” fraksiyasının deputatları hazırlayıb.

Xatırladaq ki, parlament 2024-cü ilin may ayında “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edərək Ədliyyə Nazirliyinin Milli Reyestr Xidmətində xarici qüvvələrin maraqlarını həyata keçirən təşkilatların reyestrini yaradıb. Qanuna görə, qeyri-hökumət və media təşkilatları, gəlirlərinin 20%-dən çoxunu xaricdən əldə edənlər, bu reyestrdə qeydiyyatdan keçməlidirlər. Əks halda, onlar 25 min larilik cərimə ilə üzləşə bilərlər.