Donald Tramp müttəfiq ölkələrdən kömək istəyir

ABŞ prezidenti Donald Tramp müttəfiqlərə müraciət edərək Hörmüz boğazının qorunmasında iştirak etməyə çağırıb.

Tramp bu barədə John F. Kennedy Center for the Performing Artsndə keçirilən görüşdə çıxış edib.

ABŞ prezidenti deyib: “Boğazla bağlı müttəfiqlərimizin bizə kömək etməsini istəyirik. Bir çox ölkə mənə dedi ki, artıq yoldadır. Onlardan bəziləri çox həvəslidir, bəziləri isə çox az. Uzun illərdir qoruduğumuz bir sıra ölkələr isə buna həvəs göstərmir”.

O qeyd edib ki, bu günə kimi İranda 7000-dən çox hədəfə zərbə endirilib və bunlar əsasən kommersiya və hərbi hədəflərdir.

Bu arada İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Hörmüz boğazı yalnız ABŞ, İsrail və onların müttəfiqlərinin gəmiləri üçün bağlıdır:

“Bizim baxışımızdan bu, açıqdır. Yalnız düşmənlərimiz, ölkəmizə qarşı ədalətsiz təcavüz edənlər və onların müttəfiqləri üçün bağlıdır. Müharibə elə bir şəkildə başa çatmalıdır ki, İranın əleyhdarları bir daha hücumları və təcavüzü təkrarlamaq istəməsinlər”, – deyə Əraqçı qeyd edib.

Bizi WhatsApp – da izləyin.