Ramazan bayramı ilə bağlı məhkumlara bu sovqatları çatdıra bilərsiniz – Siyahı…

Bütün Gürcüstan Müsəlmanları İdarəsi ötən illərdə olduğu kimi, bu il də Ramazan bayramı münasibətilə müsəlman məhbuslar üçün bayram süfrəsinin təşkil olunması məqsədilə Xüsusi Penitensiar Xidmətə rəsmi müraciət edib.

Xüsusi Penitensiar Xidmət müraciətə müsbət yanaşaraq, qüvvədə olan qanunvericiliyin tələblərini və öz səlahiyyətlərini nəzərə almaqla 20–23 mart tarixlərində müəyyən ərzaq məhsullarının cəzaçəkmə müəssisələrinə daxil edilməsinə icazə verib.

Ramazan bayramı ilə əlaqədar olaraq müəssisələrə gətirilməsinə icazə verilən qida məhsullarının siyahısı aşağıdakı kimidir:

● Soyudulmuş ət – 3 kq

● Plov – 2 kq

● Pendir – 2 kq

● Tort və ya keks (krem və şokolad tərkibli olmayan)

● Qızardılmış və ya soyudulmuş toyuq

● Xiyar və pomidor – 3 kq

● Müxtəlif meyvələr – 5 kq.

Qeyd edək ki, bu addım Ramazan bayramı günlərində məhbusların bayram ab-havasını hiss etməsi və dini ənənələrin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Bizi WhatsApp – da izləyin.