“İran ABŞ-ın əksər tələblərini yerinə yetirməyə hazırdır” – Tramp

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun əksər tələblərini yerinə yetirməyə hazır olduğunu açıqlayıb.

Bu barədə Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə jurnalistlərə bildirib.

“Onlar əksər maddələr üzrə bizə güzəştə getdilər. Bunu niyə etməsinlər?”. Trampın sözlərinə görə, Tehran ABŞ-nin təklif etdiyi 15 bəndlik planın böyük hissəsi ilə razıdır: “Onlardan daha bir neçə şey istəyəcəyik”.

ABŞ lideri həmçinin İranla tez bir zamanda razılaşmanın mümkünlüyünə əminliyini ifadə edib:

“Güman edirəm ki, İranla razılaşma olacaq. Bu, tezliklə baş verə bilər”, – o qeyd edib.

Bununla yanaşı, Tramp razılaşmanın baş tuta bilməyəcəyi ehtimalını də güman edir.

ABŞ Prezidenti İranda faktiki rejim dəyişikliyinin baş verdiyini bildirib: “Mən bunu rejim dəyişikliyi hesab edərdim. Açığı, onlar çox ağıllı davranırlar”.

ABŞ Prezidenti Donald Tramp İranın Birləşmiş Ştatlara 20 neft tankeri verəcəyini bildirib.

Bizi WhatsApp – da izləyin.