Əraqçi İranın şərtlərini Pakistan tərəfinə təqdim edib

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Vaşinqtonla dialoqundа vasitəçi rolunu oynayan Pakistan tərəfinə İslam Respublikasının mövqeyini, həmçinin ABŞ-nin tələblərinə dair qeydlərini çatdırıb.

Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, iranlı diplomat İslamabadda Pakistan ordusunun baş komandanı Asim Münirlə görüşdə ölkəsinin mövqeyini və Tehranın ABŞ-nin tələblərinə dair etirazlarını şərh edib.

Qeyd olunur ki, görüş zamanı regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlıq məsələləri də müzakirə edilib.

İslamabada gəlməzdən əvvəl Əraqçi Pakistandan sonra Oman və Rusiyaya səfərlər planlaşdırdığını bildirib.

Bununla yanaşı, İranın Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai sosial şəbəkə hesabında məlumat verib ki, İranın xarici işlər naziri Abbas Əraqçı Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə görüş keçirməyi planlaşdırmır.

Bizi WhatsApp – da izləyin.