Axtarışda olan 15 yaşlı yeniyetmə ölü tapılıb

Tbilisidə axtarışda olan 15 yaşlı yeniyetmə ölü halda tapılıb.

Yeniyetmənin itkin düşməsi barədə xəbər ötən gün sosial şəbəkələrdə yayılmışdı.

Bildirilir ki, o, sonuncu dəfə Sairme küçəsində görülüb.

Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi — özünə qəsdə çatdırma maddəsi üzrə istintaq başlanılıb.

Bizi WhatsApp – da izləyin.