Gürcüstan üçün Vizasız Rejimin Taleyi Brüsseldə Müzakirə Edilir

Bu gün Avropa İttifaqı ilə Gürcüstan arasında viza liberallaşdırılması məsələləri üzrə dialoq çərçivəsində görüş keçiriləcək.

Bu barədə “Azadlıq Radiosu”nun Avropa bürosunun rəhbəri Rikard Jozwiak məlumat yayıb.

“Viza liberallaşdırılmasının mümkün dayandırılmasının müzakirə ediləcəyi mühüm görüş”, – deyə Jozviak sosial şəbəkədə yazıb.

Daha sonra Gürcüstan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Avropa İttifaqının viza qaydalarına dair ((EU) 2018/1806 saylı Tənzimləmə, 8e(9)-cu maddə) uyğun olaraq, dayandırma mexanizminin tətbiqi dövründə Avropa Komissiyası müvafiq üçüncü ölkə ilə dialoqa başlamalıdır.

Nazirliyin məlumatına görə, Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğunun dəvəti ilə iyunun 11-də Brüsseldə Gürcüstan tərəfi ilə Avropa Komissiyası arasında dialoqun ilk iclası keçiriləcək.

Görüşdə Gürcüstanın aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər. Nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq, Konsulluq və Diaspor Məsələləri Direktoratının direktoru rəhbərlik edəcək.

Qeyd edək ki, son aylarda Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərdə yaranmış gərginlik fonunda rəsmi Brüssel tərəfindən Gürcüstan vətəndaşları üçün vizasız rejimin mümkün taleyi ilə bağlı müzakirələr aparılır. Bugünkü görüş həmin məsələlər üzrə rəsmi dialoqun başlanğıcı hesab olunur.

Bizi WhatsApp – da izləyin.