Əcnəbilərin vahid məlumat bazasının yaradılması planlaşdırılır
Hökumət əcnəbilərin vahid reyestrini yaratmağı planlaşdırır.
Bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze parlamentin Hüquqi məsələlər üzrə komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, vahid reyestr Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin bazasında yaradılacaq.
Nazir müavini qeyd edib ki, reyestr hər bir xarici vətəndaşın Gürcüstana girişinə, onların xidmətlərdən istifadəsinə nəzarəti, həmçinin qeyri-qanuni miqrasiya ilə mübarizəni daha effektiv həyata keçirməyə imkan verəcək.
Nazir qeyd edib ki, hazırkı qanunvericiliyə əsasən, Gürcüstan vətəndaşı ilə nikaha daxil olmaq əcnəbilərin daimi yaşayış icazəsi alması üçün kifayət edir. Ölkədə hazırda təxminən 30 min xarici vətəndaşın daimi yaşayış icazəsi aldığı şəraitdə bu sahədə nəzarət mexanizmlərinin zəif olduğu görünür.
Bizi WhatsApp – da izləyin.