Qırmızı Körpüdə böyük əməliyyat: 1 milyon larilik aksizsiz siqaret tutuldu
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatına görə, aksiz markası olmayan siqaretlərin daşınması faktı aşkarlanıb.
Qurumun məlumatına görə, Belarusda qeydiyyatda olan yük avtomobilinin sürücüsü Gürcüstan dövlət sərhədini Qırmızı Körpü gömrük-keçid Məntəqəsi vasitəsilə keçib. Sənədlərə əsasən, avtomobil idman meydançalarının səthi üçün nəzərdə tutulmuş iki növ kauçuk örtük plitələri ilə yüklənibmiş və son təyinat ölkəsi Çexiya Respublikası olub. Yükün içini açdıqda isə gizli şəkildə yerləşdirilmiş müxtəlif adda 202 176 qutu bəyan edilməmiş aksizsiz siqaret aşkar edilib ki, onların ümumi bazar dəyəri 1 132 185 lari təşkil edib.
Bizi WhatsApp – da izləyin.