İnterpolun “qırmızı bülleten”i ilə axtarılan azərbaycanlı Sarpda saxlanılıb

Hüquq-mühafizə orqanları İnterpolun “qırmızı bülleten”i ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb.

Bu brədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi əsasında xuliqanlıq və özgəsinin əmlakını qəsdən zədələmə ittihamları ilə axtarışda olub.

Hüquq-mühafizə orqanlarının apardığı istintaq tədbirləri nəticəsində axtarışda olan şəxs Sarp gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.

Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.

Bizi WhatsApp – da izləyin.