Zaxarova: “Ermənistan Rusiya ilə viza rejimi tətbiq etsə, özünə zərər verəcək”

“Ermənistan Rusiya ilə viza rejimi tətbiq edərsə, özünə zərər verəcək”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

“Əgər Ermənistan hələ Rusiya ilə viza da tətbiq etsə, o zaman bunu bizə qarşı deyil, öz vətəndaşlarına qarşı etmiş olacaq”, – o deyib.

Zaxarovanın sözlərinə görə, bu qərar həmçinin Ermənistanda çoxsaylı qohumları olan rusiyalı vətəndaşlara da təsirsiz ötüşməyəcək.

Bizi WhatsApp – da izləyin.