Axaldabi yolunda faciə: sərxoş sürücü yeniyetməni vurub öldürdü

Axaldabi yolunda avtomobil yeniyetməni vurub. Nəticədə yeniyetmə həyatını itirib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, avtomobilin sürücüsü hadisə zamanı sərxoş vəziyyətdə olub və artıq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanılıb. Həmin maddə nəqliyyatın hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.