Polşa ABŞ hərbçilərinin saxlanılması üçün Vaşinqtona yeni təklif verib

olşa ölkə ərazisində yerləşdiriləcək hər bir ABŞ hərbçisinin saxlanılması üçün ildə 15 min ABŞ dolları ödəməyi planlaşdırır.

Bu barədə Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.

Onun sözlərinə görə, hazırda Pentaqonla aparılan müzakirələr planın həyata keçirilməsinin detalları üzərində cəmlənib. Buraya hansı ABŞ hərbi birləşmələrinin Polşada yerləşdiriləcəyi, onların hansı imkanlara malik olacağı və harada dislokasiya ediləcəyi daxildir.

Zalevski konkret ABŞ hərbi birləşmələrinin adını və mümkün yerləşmə məntəqələrini açıqlamayıb. Bununla belə, Varşavanın Vaşinqtona təklifinin yeni detallarını açıqlayıb:

“Biz ABŞ qoşunlarına çox xüsusi şərtlər təklif edirik. İnfrastruktur xərclərini biz qarşılayacağıq. Həmçinin Polşada yerləşdirilən hər bir amerikalı hərbçinin saxlanılması xərclərini ildə 15 min dollar məbləğində ödəyəcəyik”, – deyə Zalevski bildirib.

Nazir müavini əlavə edib ki, bu vəsait Polşa vergi ödəyicilərinin hesabına ödəniləcək.

Bizi WhatsApp – da izləyin.