Gürcü əsilli həkim Şota Musayev İsraildə vətəndaş qəhrəmanlığı medalı ilə təltif olunub

İsrail prezidenti İsxak Hersoq gürcü əsilli həkim Şota Musayevi vətəndaş qəhrəmanlığına görə medalla təltif edib.

Bu barədə İsrail Prezident Administrasiyası və yerli media məlumat yayıb.

Məlumata görə, İsrail prezidenti İsxak Hersoq Dubaydan İsrailə uçuş zamanı baş vermiş hücum cəhdinin qarşısının alınmasında iştirak edən 6 nəfəri vətəndaş qəhrəmanlığı medalı ilə təltif edib.

Təltif olunan şəxslər terrorçunu zərərsizləşdirib və yaralanan pilota tibbi yardım göstəriblər.

Medalla təltif olunanlar arasında gürcü əsilli həkim Şota Musayev, həmçinin Yaniv Hayon, Tsvika Manasi, Tali Manasi, Asaf Rajvan və Or Perdelov yer alıb.

Məlumata görə, terrorçunun hücumu nəticəsində yaralanan pilota ilk tibbi yardımı məhz Şota Musayev göstərib.

“İyulun həmin günü çoxlu möcüzələr baş verdi. Biz yardım göstərən insanların zəncirini təşkil edirdik. Əgər zəncirin bir halqası belə olmasaydı, zəncir qırılardı. Hər kəs qəhrəmancasına hərəkət etdi”, – deyə Şota Musayev bildirib.

Bizi WhatsApp – da izləyin.