İnterpolun qırmızı bülleteni ilə axtarılan şəxs Batumi hava limanında saxlanılıb

Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan xarici ölkə vətəndaşını saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs Belçika Krallığının hüquq-mühafizə orqanlarının tələbi əsasında dələduzluq ittihamı ilə axtarışda olub.

Şübhəli Gürcüstan sərhədini keçməyə cəhd edərkən Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.

Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.

Bizi WhatsApp – da izləyin.