Gürcüstan XİN: Aİ nümayəndələri ölkənin daxili işinə müdaxiləyə cəhd edir

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) nümayəndələrinin Gürcüstan Konstitusiya Məhkəməsində davam edən məhkəmə prosesləri ilə bağlı son açıqlamalarına dair bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Aİ nümayəndələrinin açıqlamaları ciddi narahatlıq doğurur.

“Nazirlik hesab edir ki, məhkəmə işin mahiyyətinə baxmazdan əvvəl prosesin qanuniliyini və məhkəmə prosesinin ilkin qiymətləndirilməsini şübhə altına almaq konstitusiya institutuna həddindən artıq təzyiq göstərmək və Gürcüstanın daxili işlərinə müdaxilə etmək cəhdi təşkil edir. Qanunun aliliyinə hörmət isə məhkəməyə Gürcüstan Konstitusiyasına və tətbiq olunan qanunvericiliyə uyğun olaraq işə müstəqil şəkildə baxmaq imkanı verilməsini tələb edir”, – deyə sənəddə qeyd olunub.

Gürcüstan XİN, həmçinin Aİ nümayəndələrinin Gürcüstanın daxili siyasi və hüquqi prosesləri ilə bağlı verdiyi açıqlamalardan və istifadə etdiyi ritorikadan narahatlığını ifadə edib və vurğulayıb ki, bütün bunlar davam edən proseslərin obyektiv qiymətləndirilməsinə və Gürcüstanla Aİ arasında konstruktiv əməkdaşlığa mane olur.

Bizi WhatsApp – da izləyin.