Gürcüstandan Azərbaycana təhsil körpüsü: Tbilisidə universitet sərgisi

Noyabrın 17-də Tbilisidə Azərbaycan universitetlərinin iştirakı ilə təhsil sərgisi təşkil olunub.

Sərgi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə “Study in Azerbaijan” layihəsi çərçivəsində keçirilir.

Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali təhsil müəssisələrinin rektorları və nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. Sərginin əsas məqsədi Gürcüstanda yaşayan şagirdləri, abituriyentləri, tələbələri və valideynləri Azərbaycanın ali təhsil sistemi, universitetləri, ixtisasları və qəbul imkanları barədə məlumatlandırmaqdır.

Ziyarətçilər universitetlərin nümayəndələri ilə birbaşa görüşür, tədris proqramları, qəbul qaydaları, təqaüd imkanları və tələbə həyatı barədə məlumat alıblar.

Bizi WhatsApp – da izləyin.