Azərbaycanın əməkdar mədəniyyət işçisi Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Hadisə Azərbaycanda, Abşeron rayonu ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Azərbaycanın Xalq artisti Mehriban Zəki yaralanıb, Azərbaycanın əməkdar artisti, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.