“WhatsApp”a yeni funksiyalar əlavə edilib
“Whatsapp”a qrupların və icmaların idarə olunması ilə bağlı yeni funksiyalar əlavə edilib.
RealNews xarici mətbuata istinadən xəbər verir ki, yeni imkanlar sayəsində istifadəçilər tanışları ilə hansı ümumi qruplarda və icmalarda olduqlarını görə biləcəklər.
Bundan başqa, inzibatçılar icmaların idarə olunmasına dair daha çox imkan əldə edəcəklər.
Yeni funksiyaların yaxın həftələrdə aktiv olacağı gözlənilir.