Gürcüstan, Azərbaycan, Ermənistan və Moldovanın yanğından mühafizə bölmələrinin iştirakı ilə genişmiqyaslı təlimlər keçirilir – FOTO

Gürcüstan, Azərbaycan, Ermənistan və Moldovanın yanğından mühafizə bölmələrinin iştirakı ilə genişmiqyaslı təlimlər keçirilir.

Bu gün Gürcüstanın ev sahibliyi etdiyi təlimlərin 4 ölkədən olan yanğınsöndürənlərin iştirakı ilə nümayiş hissəsi keçirilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təlimlərə 400-dən çox yanğınsöndürən və xilasedici cəlb edilib. Təlimlərin əvvəlcədən hazırlanmış ssenarinə genişmiqyaslı meşə yanğınları, kimyəvi, bioloji, radiasiya insidentləri zamanı yanğınsöndürmə fəaliyyətləri daxil edilib.

Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin məlumatında qeyd olunub ki, təlimlərin məqsədi irimiqyaslı təbii fəlakətlər zamanı aidiyyəti qurumların əlaqələndirilməsi və kommunikasiyasının təşkilidir. Təlimlərə yanğınsöndürmə maşınları ilə yanaşı aviasiya vasitələri, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Helikopteri də cəlb edilib.

Aİ-nin Ekspertlərə Texniki Yardım Proqramı çərçivəsində keçirilən təlimlərdə Ukrayna, İtaliya, İsveçdən olan komandalar da qatılıb.