ABŞ və İsrail müdafiə nazirləri İranı müzakirə edəcək
ABŞ müdafiə naziri Lloyd Ostin və İsrail müdafiə naziri Yoav Qalant Belçikada görüşəcək.
ABŞ-ın Brüsseldəki səfirliyində keçiriləcək görüşdə nazirlər İranı müzakirə edəcəklər.
İsrail müdafiə naziri Yoav Qalant jurnalistlərə açıqlamasında deyib ki, amerikalı həmkarı ilə İranın nüvə silahlarına qarşı ortaq öhdəliyi müzakirə edəcəklər: “İranın heç vaxt hərbi nüvə qabiliyyətinə malik olmaması üçün hər iki ölkənin birgə öhdəliyinin həyata keçirilməsini müzakirə edəcəyik”.