ABŞ səfiri Qaribaşvilinin Çinə səfərindən danışıb

ABŞ-ın Gürcüstandakı səfirliyi Baş nazir İrakli Qaribaşvilinin Çinə səfəri çərçivəsində Pekinlə Tbilisi arasında strateji tərəfdaşlıq əlaqələrinin əsasının qoyulmasına münasibət bildirib.

Səfir Kelli Deqnan Çinlə necə əlaqələr qurmaq istəməsinin Gürcüstan hökumətinin öz seçimi olduğunu deyib.

Səfir əlavə edib ki, bir sıra ölkələr bir neçə ildən sonra Çinin “bir kəmər, bir yol” təşəbbüsünün faydalı olmadığını gördükdən sonra ondan uzaqlaşırlar.

“Görünür səfər Gürcüstan üçün vacib olub, Gürcüstan öz tərəfdaşlarının kim olması seçimini özü edir. ABŞ ötən illərdə olduğu kimi Gürcüstanın güclü dəstəkçisi olaraq qalır”, – amerikalı diplomat deyib.