KİV: Fransada əlində qılınc olan şəxsi güllələnərək öldürülüb

Fransanın şimalında jandarm əlində katana olan və xəbərdarlığa rəğmən qılıncı yerə atmayan kişini güllələyərək öldürüb.

RealNews TASS-a istinadən xəbər verir ki, bu barədə “La Voix du Nord” qəzeti məlumat yayıb.

Hadisə bazar ertəsi yerli vaxtla saat 11:00 radələrində İzberq kommunasında (Pa de Kale departamenti) baş verib. Yerli sakinlərin çağırışı ilə gələn jandarmlar kişini öz evinin qarşısında silahlı şəkildə aşkarlayıblar. Nəşrin məlumatına görə, polis gələnə qədər 66 yaşlı kişi qonşuları ilə münaqişə yaşayıb.

Soyuq silahı yerə atmaq çağırışlarından sonra yerli sakin nəinki buna qulaq asıb, əksinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf hərəkət edib. Jandarmlardan biri tapança tipli elektroşokerdən istifadə etsə də, bu, hücum edən şəxsi dayandıra bilməyib. Digər polis xidməti tapançası ilə həmin şəxsi ayağından vurub, amma kişi ayağa qalxaraq yeriməyə davam edib. İkinci atəş nəticəsində güllə qarın nahiyəsinə dəyib.

Hadisə yerinə gələn həkimlər yaralını xilas edə bilməyiblər. Hüquq-mühafizə əməkdaşının vəzifə başında silahdan istifadə etməsi və bunun nəticəsində bir nəfərin ölməsi ilə əlaqədar jandarmın hərəkətlərinin qanuniliyi ilə bağlı daxili araşdırmaya başlanılıb.