Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Novruz bayramına həsr edilmiş tədbir keçirilib – FOTO

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Novruz bayramına həsr edilmiş tədbir keçirilib.

Tədbirdə müəllimlər, ictimaiyyət nümayəndələri, musiqiçilər,  gənclər, eləcə də məktəblilər iştirak ediblər.

Çıxış edənlər iştirakçıları Novruz bayramı münasibətilə təbrik edərək, sülh, əmin-amanlıq və ruzi-bərəkət arzulayıblar.

Tədbir musiqiçilərin rəngarəng ifaları ilə davam etdirilib.

Sonda bayram tonqalı alovlandırılıb.