Baş nazir İrakli Kobaxidze NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb – FOTO
Baş nazir İrakli Kobaxidze NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.
Bu barədə Hökumət administrasiyası məlumat yayıb.
Hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstanın Avroatlantik inteqrasiyası, NATO-Gürcüstan münasibətlərinin gündəliyi və gələcək əməkdaşlıq perspektivlərinə toxunulub.
Qeyd olunub ki, NATO-ya inteqrasiya Gürcüstanın NATO-ya üzv olmaq istəyən ölkə kimi xarici siyasət prioritetidir və bu, ölkənin konstitusiyası ilə təsdiqlənir.
Qara dənizin təhlükəsizlik məsələlərinə və ümumi – Avro-Atlantik təhlükəsizliyin təmin edilməsində Qara dəniz regionunun sabitliyinin vacibliyinə diqqət yetirilib.
Baş nazir NATO-nun baş katibinə alyansa inteqrasiya yolunda göstərdiyi dəstəyə və şəxsi səylərinə, həmçinin Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və tanınmaması siyasətinə güclü dəstəyinə görə təşəkkür edib.