Baş nazir: “27 sentyabr Gürcüstanın müasir tarixində ən faciəvi günlərdən biridir”
Bu gün Gürcüstanda Suxuminin süqutunun 31-ci ildönümü qeyd olunur.
Baş Nazir İrakli Kobaxidze, paytaxt meri Kaxa Kaladze, Parlamentin sədri Şalva Papuaşvili və hökumət üzvləri Gürcüstanın birliyi uğrunda mübarizədə həlak olmuş qəhrəmanların xatirə memorialını ziyarət ediblər. Onlar memoriala əklil qoyaraq, həlak olanların xatirəsini ehtiramla yad ediblər.
Xatirə mərasimində çıxış edən Baş nazir 27 sentyabr tarixini Gürcüstanın ən faciəvi günlərindən biri kimi dəyərləndirib. O, çıxışında qeyd edib ki, bu gün ölkəyə, vətənə canlarını qurban vermiş qəhrəmanlar yad edilir: “Bu qəhrəmanların arzusu vahid Gürcüstan idi və mən əminəm ki, bu arzu mütləq həyata keçəcək,” – deyə İrakli Kobaxidze bildirib.