Tbilisidə əlqumbarasının partladıldığı güman edilir – 3 nəfər yaralanıb

Tbilisidəki Lağidze küçəsində partlayış baş verib.

İlkin məlumatlara görə əl qumbarasının partladığı güman edilir. Hadisə nəticəsində üç  nəfər yaralanıb. Bir avtomobilə zərər dəyib.

Dərhal küçəyə hüquqmühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.

Yaralılar paytaxtdakı xəstəxanalardan birinə çatdırılıblar.

Hadisə ilə əlaqədar istintaq başladılıb.