VIDEO – Tbilisidə əl qumbarası partladan şəxs saxlanıldı

Ötən gün Tbilisidəki Lağidze küçəsində əl qumbarası partladan şəxs saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən Tbilisi şəhər Polis departamentinin əməkdaşları tərəfindən isti izlərlə aparılan operativ axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşamış L.M, ağırlaşdırılmış şəraitdə qəsdən adam öldürməyə cəhd və partlayıcı qurğunun əldə olunması, saxlanılması, üzərində gəzdirilməsi itthamı ilə saxlanılıb.

Saxlanılan şəxsi 16-ildən 20-ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Hadisənin detalları ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, ittiham olunan şəxs ötən gün Lağidze küçəsində 4 nəfərlə qarşılıqlı mübahisə zəmnində onların olduğu istiqamətdə əl qumbarası atıb. Əl qumbarasının partlaması nəticəsində 3 nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi davam etdirilir.