İstanbulda dəhşətli partlayış – 4 nəfər ölüb, 38 nəfər yaralanıb – VİDEO

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.

Bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.

“İstiqlal küçəsində baş verən partlayış zamanı ilkin məlumata görə, 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur.

Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik”, – o tivter hesabında yazıb.

Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.