İrakli Qaribaşvili baş sağlığı verib
Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Türkiyədə baş verən partlayışla bağlı baş sağlığı verib.
O, bu barədə öz tviter hesabında paylaşım edib.
Hökumət başçısı xəsarət alanların tezliklə sağalmasını arzulayıb: “İstanbulda baş verən partlayışla əlaqədar Gürcüstan hökuməti və xalqı adından türk xalqına, prezident Rəcəb Tayyib Ərdoğana və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzulayırıq və Türkiyə üçün dua edirik” – deyə İrakli Qaribaşvili qeyd edib.
Məlumat üçün onu da bildirək ki, İstanbulun mərkəzindəki İstiqlal prospektində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 53 nəfər isə yaralanıb.
On behalf of the Government & people of 🇬🇪, I convey our deepest condolences over Istanbul explosion to the people of Turkey, President @RTErdogan himself and the families of the victims. We wish speedy recovery to all injured and pray for 🇹🇷.
— Irakli Garibashvili (@GharibashviliGe) November 13, 2022